Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan itirilmiş əsgərlərin yerini doldura bilmir'' - Ukraynalı ekspert

''Ermənistan itirilmiş əsgərlərin yerini doldura bilmir'' - Ukraynalı ekspert

Tarix: 3 Noyabr 2020 15:09

Ermənistan uzunmüddətli müharibə aparmaq imkanında deyil.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Yuri Podolyaka deyib.

O qeyd edib ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinə məxsus silah anbarının Azərbaycan tərəfindən məhv edilməsindən sonra Ermənistanda ciddi silah çatışmazlığı hiss olunur və bu gün yenidən böyük həcmdə silahın gətirilməsi olduqca çətin məsələdir. Bu, əlbəttə ki, Azərbaycan tərəfinin üstünlüyüdür.

Y.Podolyaka vurğulayıb ki, Azərbaycan artilleriyasının texniki üstünlükləri Ermənistan tərəfini bütün dərinliklərdə məğlubiyyətə uğratmağa imkan verir və bu, gələcək döyüşlərdə Azərbaycana böyük üstünlüklər verir.

Ekspert bildirib ki, müharibənin uzanması Ermənistan üçün məhv olmaq deməkdir, çünki müharibə hər şeyddən əvvəl böyük maliyyə tələb edir: "Biz başa düşürük ki, Ermənistanın büdcəsi bu xərclərə tab gətirə bilməyəcək. Müxtəlif hesablamalara görə müharibəyə gündəlik təqribən 50 milyon dollar sərf olunur və təbii ki, Ermənistanın bu qədər pulu tapması, sadəcə, real görünmür. Ermənistan üçün müharibənin uzanmasının digər kritik tərəfi insan amilidir. Hər gün itirilən əsgərlərin yerini doldurmaq üçün bu qədər yeni əsgəri haradan tampaq olar? Bu baxımdan Ermənistan uzun müddət müharibə aparmaq imkanında deyil.

Ermənistan mənəvi olaraq da müharibə aparmaq vəziyyətində deyil. Mənim həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə təmaslarım olur. Azərbaycan tərəfi mənəvi cəhətdən itkilərə hazırdır. Bu onlar üçün yalnız azadlıq müharibəsi hesab edilmir, həm də bir qəhrəmanlıq mübarizəsidir, döyüşlərdə həlak olanlar qəhrəman sayılır. Ermənistan cəmiyyətində isə belə əhval-ruhiyyə müşahidə etmirəm. Buradan bir nəticəyə gəlirəm ki, uzun müharibə üçün Ermənistanın sadəcə olaraq əsgəri çatmayacaq.

Maliyyə baxımından da Azərbaycanda vəziyyət yaxşıdır. Azərbaycan gündə 50 milyon, hətta 100 milyon dollar da xərcləyə bilər. Gəlin bir hesablama aparaq. 100 gün 100 milyon dollar 10 milyard dollar edir. Azərbaycanın 40 milyard dollardan artıq suveren fondu var və ona görə də bu Vətən müharibəsini apara bilər. Hesab edirəm ki, burada cavab aydındır. Azərbaycan uzun müddətli müharibə aparmaq imkanındadır".


Etiketlər:  Ermənistan itirilmiş əsgərlərin yerini doldura bilmir Ukraynalı ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ