Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov Qarabağ danışıqları formatının dəyişdirilməsi ilə bağlı təkliflərdən danışıb

Lavrov Qarabağ danışıqları formatının dəyişdirilməsi ilə bağlı təkliflərdən danışıb

Tarix: 3 Noyabr 2020 20:36

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsinə dair təkliflər Moskvada keçirilən görüşdə müzakirə olunub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

"Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan-Türkiyə, Ermənistan-Rusiya, 2+2 formatı yaradılması təklifinə necə baxır?" sualına Rusiya XİN başçısı belə cavab verib: "Danışıqlar formatı ilə bağlı çoxlu təkliflər var, o cümlədən formatın genişləndirilməsi, dəyişdirilməsi və s. ilə bağlı. Bu mövzu, xüsusi ilə bir müddət əvvəl Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Biz bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq"


Etiketlər:  Lavrov Qarabağ danışıqları formatının dəyişdirilməsi ilə bağlı təkliflərdən danışıb


RƏYLƏR