Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Qübbə nəyə qadirdi?

İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Qübbə nəyə qadirdi?

Tarix: 3 Noyabr 2020 21:40

Dəmir Qübbə İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.

İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirmişdir. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzadan atılan Qrad raketlərini məhv etmişdir. 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzza zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzza ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur.

Həmçinin, İsrail gələcəkdə açıq dənizdə yerləşən qaz platformalarının mühafizəsini gücləndirmək məqsədi ilə Dəmir Qübbə sistemlərinin Barak 8 ZRK ilə birlikdə işləyəcək dəniz variantını hazırlamağı da planlaşdırır.

Bu sistem 70 km-dək məsafədə əsasən qısa mənzilli raket və 155 mm çaplı artilleriya mərmilərinin zərərsizləşdirilməsi məqsədi daşıyır. İstehsalçı şirkətin verdiyi məlumata görə Dəmir Qübbə gündüz və gecə, müxtəlif hava şəraitlərində bir neçə təhlükəyə eyni anda cavab vermək qabiliyyətinə sahibdir.

Dəmir Qübbə üç əsas komponentdən ibarətdir:

Aşkarlama və təqib radarı: radar sistemi Elta şirkəti tərəfindən istehsal olunub.
Döyüş idarəetmə və komanda məntəqəsi: mPrest Systems tərəfindən Rafael şirkəti üçün hazırlanıb.
Raket atəş vahidi: atıcı qurğu elektro-optik sensorlara, yüksək manevrlik qabiliyyətinə sahib olan Tamir "yer-hava" tipli raketlərlə təchiz olunub. Raketlər də "Rafael" şirkəti tərəfindən istehsal olunur.
Sistemin radarı EL/M-2084 adlanır. Bu radar raketin hədəf aldığı yeri və onun hərəkət trayektoriyasını müəyyənləşdirir. Döyüşü idarəetmə məntəqəsi radar vasitəsilə əldə olunmuş məlumatlar sayəsində hədəfin müəyyən olunmuş ərazi üçün təhdid yaradıb-yaratmadığını müəyyənləşdirir. Yalnız bu təhdid aşkar olunduqdan sonra Tamir raketi ilə hədəf müəyyən olunmuş əraziyə çatmadan məhv edilir.


Etiketlər:  İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Qübbə nəyə qadirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ