Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 09:00
Bakı. Trend:
ABŞ-ın Alyaska ştatı sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 07:27-də qeydə alınan yeraltı təkanların episentri Fols-Pass qəsəbəsindən 250 kilometr aralıda, ocağı isə 35,5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.