Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus neçə il sonra ölümcül olmayacaq?

Koronavirus neçə il sonra ölümcül olmayacaq?

Tarix: 4 Noyabr 2020 23:06

Koronavirus insanlar üçün bir neçə il sonra ölümcül olmayacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə Qamaleya İnstitutunun tədqiqatçısı, tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn bildirib.

"COVID-19 kimi viruslar üçün azalan patogenlik istiqamətində dəyişiklik xarakterikdir. Təxminən bir, iki və ya üç il ərzində virus o qədər az riskə sahib olacaq ki, ölüm halları demək olar ki, olmayacaq", - ekspert qeyd edib.

Sözlərini qüvvətləndirmək üçün alim statistikaya müraciət edib. Onun sözlərinə görə, dünyada yay göstəriciləri ilə müqayisədə ölüm nisbətində kəskin azalma nəzərə çarpır. Virusoloq ölənlərin sayının 3-4 dəfə az olduğunu vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus infeksiyasının uzunmüddətli nəticələri barədə xəbərdarlıq edib. (publika.az)


Etiketlər:  Koronavirus neçə sonra ölümcül olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ