Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - MN

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - MN

Tarix: 6 Noyabr 2020 08:00

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.


Etiketlər:  Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub MN


RƏYLƏR