Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə koronavirusun kütləvi yayılmasının qarşısının alınması üçün reyd keçirilib (FOTO)

Gəncədə koronavirusun kütləvi yayılmasının qarşısının alınması üçün reyd keçirilib (FOTO)

Tarix: 6 Noyabr 2020 13:39

Bakı. Trend:

Gəncədə Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib.

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Gəncədə koronavirusun kütləvi yayılmasının qarşısının alınması üçün reyd keçirilib (FOTO) - Gallery Image Gəncədə koronavirusun kütləvi yayılmasının qarşısının alınması üçün reyd keçirilib (FOTO) - Gallery Image Gəncədə koronavirusun kütləvi yayılmasının qarşısının alınması üçün reyd keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Gəncədə koronavirusun kutləvi yayılmasının qarsısının alınması üçün reyd keçirilib FOTO


RƏYLƏR