Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vikipediya”da özbək dilində Cəbrayıl rayonu haqqında məqalə yaradılıb (FOTO)

“Vikipediya”da özbək dilində Cəbrayıl rayonu haqqında məqalə yaradılıb (FOTO)

Tarix: 6 Noyabr 2020 16:00

Bakı. Trend:

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında 27 il Ermənistan işğalı altında qalan və Azərbaycan ordusunun uğurlu əks- hücumları nəticəsində azad olunan Cəbrayıl rayonu haqqında “Vikipediya”nın özbək dili bölməsində məqalə yaradılıb.

Bu barədə Trend-ə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, bölmədə Azərbaycan Respublikasının inzibati ərazi vahidi, qədim yurd yeri Cəbrayıl rayonunun 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edildiyi və 4 oktyabr 2020–ci il tarixindən başlayaraq şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edildiyi bildirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdiyi yazılır.

Bölmədə qeyd olunur ki, rayon kimi Cəbrayılın Sovet dövründə yaradılmasına baxmayaraq, bu bölgə olduqca qədim tarixə malikdir və buradakı abidələr, qəsrlər, dini ibadətgahlar, habelə aşkar olunan qəbirlər, kurqanlar bir daha bu faktı təsdiq edir.

Yaradılan bölmədə vurğulanır ki, rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından götürülməsi ilə bağlı fikirlər vardır. Amma qeyd olunur ki, Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

Azərbaycan Respublikasının inzibati rayonu olan Cəbrayıl rayonunun ərazisində 1 şəhər, 4 qəsəbə, 92 kəndin yerləşdiyini, ümumiyyətlə isə 97 yaşayış məntəqəsi olan rayonun ölkədə ən böyük ərazisi olan inzibati rayon olduğu bölmədə öz əksini tapmışdır. Ermənistanın işğalı nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydiyi və rayondan məcburi köçkün düşən azərbaycanlıların respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında, yataqxana, müvəqqəti salınmış yaşayış məntəqələrində məskunlaşdıqları qeyd olunub.

Özbək dilində “Jabrayil tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilmişdir ki, burada bir sıra nəşrlərin siyahısı daxil edilmişdir.

Yaradılmış informasiya bölməsində rayonun tarixi abidələrinə də xüsusi yer ayrılıb, Cəbrayılın ətrafında bədii formaya malik qəbirdaşlarının, qoç heykəli olan abidələrin, müxtəlif türbələrin, habelə Azərbaycan tarixinin simvolu olan VIII-IX əsrlərə aid Xudafərin körpüsü haqqında məlumatlar öz əksini tapıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, yaxın günlərdə Azərbaycanın qədim tarixinin, xalqımızın zəngin mədəniyyətinin və istedadının göstəricisi olan dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudafərin körpüsü haqqında xüsusi bölmə də Özbək dilində istifadəyə veriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzi Özbək dilli auditoriya üçün yaratdığı bu bölmədən gələcəkdə hər bir internet istifadəçilərinin, xüsusi ilə tədqiqatçıların faydalanması mümkündür.

Özbək dilində yaradılmış Cəbrayıl rayonu haqqında bölmə ilə BURADAN tanış olmaq mümkündür.

“Vikipediya”da özbək dilində Cəbrayıl rayonu haqqında məqalə yaradılıb (FOTO) - Gallery Image “Vikipediya”da özbək dilində Cəbrayıl rayonu haqqında məqalə yaradılıb (FOTO) - Gallery Image “Vikipediya”da özbək dilində Cəbrayıl rayonu haqqında məqalə yaradılıb (FOTO) - Gallery Image


Etiketlər:  Vikipediyada özbək dilində Cəbrayıl rayonu haqqında məqalə yaradılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ