Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxdu

Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxdu

Tarix: 8 Noyabr 2020 14:56

"Hoffenhaym"ın futbolçusu Yakob Brun-Larsen koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi artıq ev şəraitində karantinə alınıb.

Bundan əlavə klubun adı açıqlanmayan 1 işçisində də COVİD-19 aşkarlanıb.

Qeyd edək ki, "Hoffenhaym" mübarizə apardığı Avropa Liqasının L qrupunda 9 xalla liderdir. Komanda Bundesliqada isə 7 xalla 13-cüdür.

Milli.Az


Etiketlər:  Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ