Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda minik və yük maşınları toqquşub, ölən və yaralanan var

Ucarda minik və yük maşınları toqquşub, ölən və yaralanan var

Tarix: 16 Noyabr 2020 10:20

Ucarda ölümlə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi yük maşını toqquşub. Nəticədə sürücü M. Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif  xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ucarda minik yük maşınları toqquşub ölən yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ