Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç gün əvvəl yanıq xəsarəti alan Ucar sakini vəfat edib

Üç gün əvvəl yanıq xəsarəti alan Ucar sakini vəfat edib

Tarix: 16 Noyabr 2020 11:10

Ucarda 3 gün əvvəl yanıq xəsarəti alan rayon sakini ölüb.

Milli.Az bildirir ki, hadisə rayonun Qaracallı kəndində baş verib. Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Xasməmməd Qoca oğlu Kərimov təbii qazın evə sızması nəticəsində baş verən yanğında ağır yanıq xəsarətləri alıb. Məlumata görə, X. Kərimov səhər saatlarında evdə siqaret yandırmaq istəyərkən alışqandan istifadə edib. Borudan evə sızan qaz bu vaxt alışıb.

O, əsasən üz nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Zərərçəkən ağır yanıq xəsarətləri ilə Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilsə də, ötən gün axşam saatlarında ölüb.                                                                                                                                         

Fakt araşdırılır.

Milli.Az


Etiketlər:  Üç gün əvvəl yanıq xəsarəti alan Ucar sakini vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ