Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 11:28
Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 13,3 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9% çoxdur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda 2,7 mln. ton (21,6 mln. barel) kondensat hasil edilib ki, bu da illik müqayisədə 3,85% artım deməkdir.
Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.
Hesabata əsasən, 2020-ci ilin ilk üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 620 mln. ABŞ dolları yaxın əməliyyat xərcləri və 719 mln. dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator - 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.