Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 18:56
Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviço Kvaratsxeliyanın "Rubin"ə keçidi rəsmiləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 18 yaşlı yarımmüdafiəçi Kazan təmsilçisi ilə müqavilə bağlayıb. Sözləşmənin müddəti 5 illikdir.
Ötən mövsümün ikinci yarısını Moskva "Lokomitiv"ində keçirən X. Kvaratsxeliya Gürcüstanın gənclər millisinin də üzvüdür.
Qeyd edək ki, "Kəpəz” və "Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyuna çıxıb. O, 1999/2000 mövsümündə "Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.