Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mobil virusların ən təhlükəli mənbəyi açıqlanıb

Mobil virusların ən təhlükəli mənbəyi açıqlanıb

Tarix: 17 Noyabr 2020 08:56

"NortonLifeLock" və "IMDEA Software Institute" şirkətlərini təmsil edən kibertəhlükəsizlik sahəsi üzrə ispaniyalı tədqiqatçılar mobil virusların ən təhlükəli mənbəyini açıqlayıblar. Mütəxəssislərin məlumatına görə, zərərverici fayllar "Android" smartfonlarına əksər hallarda "Google Play" proqramlar mağazası vasitəsilə düşür.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər ümumilikdə 2019-cu ilin iyun-sentyabr ayları ərzində 12 milyon "Android" qurğuya quraşdırılmış 34 milyon mobil proqramı araşdırıblar və onların smartfonlara necə düşməsini təhlil ediblər. Analitiklər mobil tətbiqlərin 10-24%-nin zərərverici olduğunu bildiriblər.

Ümumilikdə mütəxəssislər virusların smartfonlara düşməsinin 12 əsas üsulunu təsvir ediblər. Zərərverici proqramların ən populyar mənbəyi "Google Play" olub, yoluxdurulmuş proqramların təxminən 67,5%-i onun payına düşür. Tədqiqatçılar kənar proqram mağazalarının (10,4 faiz) ikinci populyar mənbə olduğunu qeyd ediblər. Ehtiyat surətin bərpası üçüncü olub.


Etiketlər:  Mobil virusların təhlükəli mənbəyi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ