Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində liftin qırılması nəticəsində 11 nəfər ölüb

Çində liftin qırılması nəticəsində 11 nəfər ölüb

Tarix: 25 Aprel 2019 08:20

Bakı. Trend:

Çinin Henşuy şəhərində (Hebey əyaləti) "Jade Huating" şirkətinə məxsus tikinti meydanında lift qırılıb.

Trend-in "Sina" informasiya portalına istinadən verdiyi məlumata görə, liftin qırılması nəticəsində azı 11 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb.

Məlumata əsasən, insident yerli vaxtla saat 08:00-da baş verib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çində liftin qırılması nəticəsində nəfər ölüb


RƏYLƏR