Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 12:54
Bakı. Trend:
Noyabrın 18-də UNEC-də növbəti Qarabağ müzakirələri keçiriləcək.
Budəfəki müzakirələr “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusuna həsr olunacaq.
UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin komitə sədri Tahir Mirkişili, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbərinin rəhbəri, dosent Altay İsmayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəçəklər.
Müzakirələrin sonunda suallar cavablandırılacaq.
Maraqlananları 18 noyabr, saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsindən və YouTube kanalından canlı yayımı izləməyə dəvət edirik!