Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 23:36
Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində ötən bir neçə gün ərzində xəstəxanaya müraciət edən vətəndaşların sayı 215 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.
Ə.Şəhnəvazinin sözlərinə görə, onlardan 50 nəfəri xəstəxanaya yatırılıb.
Şəhnəvazi deyib ki, pasiyentlər tənəffüs sistemi, göz və ürək problemləri ilə müalicə mərkəzlərinə müraciət ediblər.
Qeyd edək ki, İranın Sistan və Bəluçestan vilayətinin 5 rayonunda güclü qasırğalar qeydə alınır. Ötən gündə də qasırğanın sürəti saatda 119 kilometrə çatıb. Qasırğanın baş verməsinin əsas səbəbi Hamun gölünün qurumasıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin