Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sivasspor''da yenə koronavirus aşkarlandı - ''Qarabağ''la oyundan əvvəl

''Sivasspor''da yenə koronavirus aşkarlandı - ''Qarabağ''la oyundan əvvəl

Tarix: 17 Noyabr 2020 15:20

Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ"la matçından əvvəl Türkiyə "Sivasspor"unun futbolçularından biri koronavirusa yoluxub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan həmin oyunçu evdə karantinə alınıb və onun müalicəsinə başlanılıb.

Daha əvvəl noyabrın 13-də "Sivasspor"un iki futbolçusunda koronavirus aşkarlanıb.

Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


Etiketlər:  Sivassporda yenə koronavirus aşkarlandı Qarabağla oyundan əvvəl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ