Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 01:12
Amerika kubokunun bürünc mükafatçısı müəyyənləşib.
Qol.az-ın məlumatına görə, üçüncü yer uğrunda matçda Argentina və Çili milliləri qarşılaşıb. Matç Lionel Skaloninin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Argentina - Çili - 2:1
Qollar: Aquero, 12 (1:0), Dibala, 22 (2:0), Vidal, 59-pen (2:1)
Qırmızı vərəqələr: Messi, 37 (Argentina), Medel, 37 (Çili)
Qeyd edək ki, Amerika kubokunun final görüşündə bu gün Braziliya və Peru yığmaları qarşılaşacaq.