Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı

Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı

Tarix: 18 Noyabr 2020 12:45

Bakı. Samir Əli - Trend:

Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanb.


Etiketlər:  Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ