Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra Hakimiyyətindən çirkab suları altında qalan Şağan qəsəbəsi ilə bağlı açıqlama - FOTO

İcra Hakimiyyətindən çirkab suları altında qalan Şağan qəsəbəsi ilə bağlı açıqlama - FOTO

Tarix: 18 Noyabr 2020 14:08

Şağan qəsəbəsində yaşayan sakinlər ərazinin kanalizasiya suları səbəbindən bərbad vəziyyətdə olduğunu deyir. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində yaşayan sakinlər iddia edirlər ki, ərazidə kanalizasiya xəttinin çəkilməsi zamanı yol verilən bəzi nöqsanlar səbəbindən yaşayış evlərininin həyəti, küçələr çirkab sular altında qalıb. Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara müraciət edilsə də, cavab ala bilmədikləri qeyd edilib.

Mövzu ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan küçədə "Azərsu" ASC-yə məxsus kanalizasiya şəbəkəsi mövcud deyil:

"Şağan qəsəbəsində qrunt sularının yaratdığı problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin elektron ünvanına göndərdiyiniz müraciətə baxılıb. Məsələ ilə əlaqədar bildiririk ki, "Azərsu" ASC-nin Xəzər rayon Sukanal İdarəsi tərəfindən verilmiş məlumata əsasən, qeyd olunan küçədə "Azərsu" ASC-yə məxsus kanalizasiya şəbəkəsi mövcud deyil.

Şağan qəsəbəsində illər öncə kustar üsulla çəkilmiş qrunt suyu şəbəkəsi ərazinin perspektiv inkişafı nəzərə alınmadan çəkildiyindən və sakinlər tərəfindən şəbəkəyə qeyri-qanuni çirkab su boruları qoşulduğundan səviyyəsi qalxmaqda olan qrunt sularını kənarlaşdırmağa kifayət etmir.

Məsələnin müvəqqəti həlli məqsədilə Xəzər rayon Sukanal İdarəsi tərəfindən ərazidə cari ilin əvvəlində yığışan qrunt sularının kənarlaşdırılması üçün özaxımlı yağış suyu xətti çəkilib, iki ədəd yağış barmaqlığı, beş ədəd baxış quyusu quraşdırılıb. 

Bu xətlər vasitəsilə yığılan qrunt və yağış suları xəttin sonunda tikilmiş baxış quyusuna toplanaraq, nasos vasitəsilə, Mərdəkan-Buzovna avtomobil yolunun kənarında yerləşən yağış suyu şəbəkəsinə axıdılır. Lakin ərazidə yeni su şəbəkəsinin qurulması və həyətyanı sahələrdə qrunt suyunun səviyyəsinin qalxması səbəbindən mövcud boru qrunt sularının kənarlaşdırılmasına kifayət etmir".

Xəzər Rayon İcra Hakimiyyətinin göndərdiyi cavabda o da qeyd olunub ki, Xəzər rayon Sukanal İdarəsi tərəfindən bildirilib ki, məsələnin əsaslı həlli üçün ərazidə perspektiv layihəyə uyğun iridiametrli qrunt və yağış suyu şəbəkəsi qurulması işləri "Azərsu" ASC-nin tədbirlər planına əsasən mərhələli şəkildə həyata keçiriləcək: 

"Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Şağan qəsəbəsində qrunt sularının yaratdığı problemlə bağlı tullantı və qrunt sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması, həmçinin, kanalizasiya sisteminin qurulması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə və digər dövlər qurumlarına müraciətlər olunub".


Etiketlər:  İcra Hakimiyyətindən çirkab suları altında qalan Şağan qəsəbəsi ilə bağlı açıqlama FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ