Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 12:16
AzTV Vətən müharibəsi ərəfəsində səsi ilə ən çox yadda qalan şəhid gizir Xudaverdi Yusifzadənin ailəsi ilə süjet hazırlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, uşaq yaşlarından atasını itirən hərbçi nənəsinin himayəsində böyüyüb. Bərdə Musiqi məktəbinin xanəndəlik sinfini bitirib, amma hərbçi olmaq istəyib.
Şəhidin anası Radə Yusifzadə bildirib ki,oğlunun döyüşdə olmasını bilməyib:
"Hər dəfə zəng edəndə gülə-gülə, zarafatla danışırdı. Deyirdi ki, təlimdəyik, görüşəcəyik. Onun döyüşdə olduğunu bilməmişəm. Bir dəfə zəng vuranda güllə səsi eşitdim. Dedi ki, Zəngilan alınıb, uşaqlar atəşfəşanlıq edir. Onda hiss etdim ki, oğlum döyüşdədir, amma bildirmədim".
Xudaverdinin ən böyük arzusu "Şuşanın dağları" mahnısını Şuşada oxumaq olub. Qardaşı Məhəmməd Yusifzadə "Əsgər yoldaşları bizə gələndə danışırdılar ki, döyüşlərdə qəhrəmanlıq göstərib. Necə kəşfiyyat qrupu ilə irəliləyirmiş. Biz onda bildik ki, qardaşım döyüşürmüş" sözlərini söyləyib.
X.Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və dünyasını dəyişib.