Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 15:36
Dağlıq Qarabağ müharibəsinin 5-ci günündə artıq 1 500 fərari var idi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.
O bildirib ki, həmin fərarilər Ermənistana qayıdıb təşviş salmaması üçün Qarabağda təcrid olunmuşdu.
O əlavə edib ki, müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar 100 faiz yalan idi:
"Müharibə dövründə belə bir qayda var: düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi".