Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur tennisçi malikanəsi ilə birlikdə anasını da satır - FOTO

Məşhur tennisçi malikanəsi ilə birlikdə anasını da satır - FOTO

Tarix: 20 Noyabr 2020 11:46

Dünyaca məşhur almaniyalı keçmiş tennisçi Boris Bekker 85 yaşlı anası Elvira Bekker ilə birlikdə malikanəsini satışa çıxarıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, daşınmaz əmlak üçün 1,97 milyon avro istəyən idmançı lazımsız suallardan qaçmaq üçün satışın mümkün qədər tez olmasını arzulayır.

Bekkerin evinin sahəsi 449 kvadrat metr, ərazisi isə 825 kvadratmetrdir. Müqaviləyə əsasən, yeni alıcı tennisçinin anasını evdən çıxarmaq hüququna malik deyil.

Qeyd edək ki, malikanə keçmiş idmançının üç il əvvəl bəyan etmədiyi daşınmaz əmlak obyektlərindən biri sayılır. İstintaq hesab edir ki, Bekker müxtəlif bank hesablarına, London və Almaniyada bir neçə daşınmaz əmlaka sahibdir. Əgər bu sübut olunarsa, onu yeddi ilədək həbs gözləyir. İdmançının özü isə günahını inkar edir.

Xatırladaq ki, Boris Bekker "Böyük Dəbilqə" turnirlərinin altıqat çempionudur. O, Uimbldonun 17 yaşında çempionu olan ən gənc qalibidir.


Etiketlər:  Məşhur tennisçi malikanəsi ilə birlikdə anasını satır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ