Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 13:06
"Bizə müraciət edən xəstələr var ki, deyir "Mən inanmırdım, inanmırdım ki, bu, belə olar. Mən inanmırdım ki, mənim nəfəsim kəsilər, hava ala bilmərəm". Pəncərəyə qaçır, deyir "Pəncərəni aç mənə hava gəlsin". Başa salıram ki, o hava bu hava deyil, sizə oksigen verilməlidir. O hava bunu əvəz edə bilməz. Deyir, yəni bu belə olarmış?! İnanmır, başına gəlib, hələ yenə də inanmır. Elə insanlar da var".
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
İnfeksionist bildirib ki, poliknikalar COVİD xəstələrinə qarşı nəzarəti bir az artırsınlar:
"Baxırsan, ictimia yerlərdə maska taxırlar güya, maskanı salıblar çənələrinə. Bu, çənə üçün deyil axı. Bu barədə bütün günü telekanallarda, digər KİV-lərdə məlumat verilir. Koronavirus bir bizim problem deyil, ümumdünyanın problemidir, pandemiyadır, hər yerdədir. Baxmırlarmı, qulaq asmırlarmı?!
Gərək, poliknikalar da bir az nəzarəti artırsınlar. Nəyə görə? Orta-ağır xəstələri evdə müşahidə etməsinlər. Poliklinika həkimləri evlərə getmirlər, ancaq telefonla idarə edirlər. Nəfəs darlığı və qızdırması olan xəstələri xəstəxanaya aparsınlar. Yox, xəstədə axşamlar temperatur 38-ə qalxdısa, öskürəy çoxaldısa, halsızlıq oldusa, başını yerdən qaldıra bilmirsə, bu kimi hallar olanda bilməlidirlər ki, artıq vəziyyəti ağırlaşır. Dərhal 103-ə zəng etməlidirlər, həkimdən bunu tələb etməlidirlər.
Bizə gəlirlər, 10 gündür, 12 gündür, 15 gündür, bir həftədir mən müalicə alıram deyirlər. Müalicəyə də baxırsan ki, virusa qarşı heç nə edilməyib, ancaq "deksametazon", antibiotik vurulub. O da xəstənin evini yıxır, vəziyyətini daha da ağırlaşdırır".
Təhməz Əsədov