Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 22:52
NASA maliyyə problemlərinə görə, 2024-cü ilə qədər Artemis layihəsi çərçivəsində Aya astronavt göndərməyin mümkün olmayacağını bildirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, NASA rəhbəri Jim Bridenstine hələ ötən ilin sentyabrında Artemis layihəsi üçün 28 milyard dollar büdcə tələb olunduğunu elan etmişdi. Bunun 3,2 milyard dolları Aya ekspedisiya üçün istifadə ediləcəkdi. Buna baxmayaraq, ABŞ Senatı 3,2 milyard dollarlıq büdcənin 1 milyardını təsdiqlədiyi üçün Artemis layihəsi təhlükə ilə üzləşib.
Qeyd edək ki, mütəxəssislər bu layihənin 2028-ci ildə həyata keçirilmə ehtimalının yüksək olduğunu söyləyiblər.