Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 23:12
"Counterpoint Research" analitik şirkəti 2020-ci il payızın əvvəlinə olan vəziyyətə görə, beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən smartfonların satış statistikasını dərc edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hesabat dövründə "5G" smartfon bazarının 5%-nə sahib "Samsung Galaxy Note 20 Ultra" cihazı satış lideri olub. Qabaqcıl "HUAWEI P40 Pro" aparatı (4,5%) ikinci yeri tutub. Çinin texnologiya nəhənginin daha bir qurğusu, orta qiymət kateqoriyasına məxsus "HUAWEI nova 7" üçüncü pillədə qərarlaşıb. İlk onluğa hər iki brendin başqa modelləri də daxil edilib: "Samsung Galaxy S20 " və "Galaxy Note20", həmçinin "HUAWEI P40". Bundan başqa, reytinqdə "vivo", "OPPO" və "HONOR" istehsalı olan smartfonlar da yer alıb.