Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2020 23:40
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda "Darmştadt" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Bundan iki dəqiqə sonra isə o, komandasının sonuncu qoluna imza atıb.
8 turdan sonra 12 xala malik "Ersgebirge" 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.