Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tunisin paytaxtında avtobus qəzası: 50-yə yaxın yaralı var

Tunisin paytaxtında avtobus qəzası: 50-yə yaxın yaralı var

Tarix: 23 Noyabr 2020 02:21

Bakı. Trend:

Tunisn paytaxtında iki avtobus toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində 47-dən çox sərnişin xəsarət alıb.

Qəza tənzimlənən yol kəsişməsində baş verib. Paytaxtda yüksək sürətlə hərəkət edən turist şirkətinə məxsus avtobus "Tunisair" milli aviaşirkətinin işçilərini daşıyan digər sərnişin nəqliyyat vasitəsi ilə toqquşub. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan bir neçə nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Ölkənin nəqliyyat və logistika naziri Moez Şakşuk qəzanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılmasına dair göstəriş verib.


Etiketlər:  Tunisin paytaxtında avtobus qəzası yaxın yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ