Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Tarix: 23 Noyabr 2020 11:04

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Beynəlxalq valyuta birjalarında EURUSD məzənnəsi son iki həftədir 1.19 müqavimət səviyyəsində ticarət edilir və 1.1877$-ın üzərində möhkəmlənərsə, 1.20$-a kimi bahalaşacağı proqnozlaşdırılır. Avroda bahalaşma daha çox dolların dəyər itirməsi fonunda baş verir.

Amerikada koronavirus peyvəndinə dair müsbət xəbərlərin yayılmasına baxmayaraq, investorlar qərarları üçün tərəzinin digər gözünə pandemiyanın iqtisadiyyata təsirlərini də qoyub. Bu baxımında çərşənbə günü Amerikadan dərc ediləcək Bakı vaxtı ilə saat 17:30-da iqtisadi inkişaf, işsizlik müavinətləri və istehlak xərcləri və saat 19:00-da ilkin daşınmaz əmlak bazarı ilə əlaqədar göstəricilər diqqət mərkəzində olacaqdır.

Bazar ertəsi Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın xidmət və sənaye sektorlarına dair önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.

GBP.

Eyni mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir və 1.33$-ın üzərində qalan məzənnənin 1.34$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.

Funt sterlinq dolların ucuzlaşması ilə bərabər Breksit ticarət sazişinə dair yayılan müsbət xəbərlərdən də dəstək görməkdədir.

TRY.

Türkiyə Mərkəzi Bankı (TCMB) faizlərini artırdıqdan sonra USDTRY məzənnəsi 8TL-nin altında dalğalanmaqdadır.

Təhlillərə əsasən, məzənnə cari həftə ərzində 7.50 - 7.90TL aralığında korreksiya edəcəkdir.

OIL.

Korona peyvəndinə dair müsbət xəbərlərin yayılmasından sonra Avropanın Brent nefti 45$-ın üzərində ticarət edilir və 45.30$-ın qırılması ilə 49$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Qlobal iqtisadi risklərin yüksək olması və monetar siyasətlərdə yumşaldılmanın artırılması, əlvan metallar bazarlarında da güvənli liman maliyyə aləti kimi qızılın da dəyər qazanmasına səbəb olmaqdadır. Dolların ucuzlaşması ilə daha da dəstək görən bir unsiya üzrə qiymət, 1883$-ın (60.5 $/qram) qırılması ilə 1921$-a (61.8 $/qram) kimi dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti


Etiketlər:  InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ