Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 11:33
Yeni və köhnə “MacBook Air” noutbukları arasında əsas fərq ventilyatorun olmamasındadır. Bu barədə “iFixit” cəmiyyətinin mütəxəssislərinin “Apple” şirkətinin saytında yerləşdirilən hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, həvəskarlar “M1” prosessoru əsasında yeni “MacBook Pro” və “Air” kompüterlərini sökərək onları “Intel” əsasında noutbuklarla müqayisə ediblər. Qurğuların daxili komponentlərini nümayiş etdirən icmal müəllifləri yeni “MacBook Air” noutbukunun 2020-ci ilin əvvəlində təqdim edilən köhnə modeldən ventilyatorun olmaması ilə fərqlənməsini qeyd ediblər. Ekspertlər tərəfindən yeni kompüterin gələcəkdə sıradan çıxa biləcək az hərəkətli hissələrə malik olmasına görə ventilyatordan imtina müsbət qiymətləndirilib.
“MacBook Pro” modelini sökdükdən sonra mütəxəssislər bildirib ki, o seriyanın əvvəlki qurğusundan praktiki olaraq fərqlənmir. Həvəskarlar vurğulayıb ki, “M1” prosessoru əsasında “MacBook Pro” noutbukunun soyutma sistemi vizual baxımdan “Intel” prosessoru əsasında “Apple” noutbuklarının soyutma sisteminə çox bənzəyir.
Bundan başqa, aktual “MacBook Pro” noutbukunun komponentləri sökülən zaman mütəxəssislər “Apple” şirkətinin yeni yaddaş modulunun tətbiq etməsinin şahidi olublar. Qeyd olunur ki, onlar “iPad” planşetlərinin müvafiq komponentlərini xatırladır.
“M1” prosessoru əsasında “Apple” kompüterləri noyabrın 10-da keçirilən təqdimatda nümayiş olunub. İctimaiyyətə “MacBook Pro” və “Air” noutbukları və “Mac mini” fərdi kompüteri təqdim edilib.
Nizam Nuriyev