Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sivasspor''da koronavirusa daha 3 yoluxma

''Sivasspor''da koronavirusa daha 3 yoluxma

Tarix: 25 Noyabr 2020 14:10

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor"un daha 3 nəfər koronavirusa yoluxub.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Sözügedən şəxslərdən 2-sinin futbolçu, 1-nin isə klub işçisi olduğu bildirilib. Onlar artıq karantinə alınıb.

Bunadək Türkiyə klubunda 6 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"u qəbul edəcək. Noyabrın 26-da Başakşəhər Fatih Terim stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.


Etiketlər:  Sivassporda koronavirusa daha yoluxma


RƏYLƏR