Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)

Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)

Tarix: 26 Noyabr 2020 13:21

Bakı. Samir Əli - Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda mütəmadi olaraq maarifləndirici reydlər keçirirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara açıq havada və qapalı məkanlarda özlərinin və ətraflarının sağlamlıqları üçün mütləq qaydada tibbi maskadan istifadə etmələrinin və sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər.

Keçirilən reyd zamanı karantin rejimi qaydalarını pozan şəxslər barəsində şöbə əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülüb.

Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO) - Gallery Image Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib FOTO


RƏYLƏR