Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 16:46
Almaniyanın "Bavariya" klubunun kapitanı Manuel Noyer ardıcıl qələbə rekordu müəyyənləşdirib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, ulduz qapıçı Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Zalsburq"la (Avstriya) qarşılaşmada buna nail olub.
Komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüş Noyerin ÇL-də ardıcıl 15-ci qələbəsi olub. Bununla o, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldonun rekordunu qırıb. Portuqaliyalı superulduz 2013/14 və 2014/15 mövsümlərində İspaniya "Real"ında olarkən ardıcıl 14 qələbəyə sevinib.
Qeyd edək ki, qrupda keçirdiyi 4 oyunun hamısında qələbə qazanan "Bavariya" 1/8 final mərhələsinə vəsiqəni təmin edib.