Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 19:52
"Samsung" şirkəti elastik ekranlı cihazlara görə "Galaxy Note" smartfonlar seriyasından imtina edə bilər. Bu barədə şəxsi mənbəsinə istinad edən Cənubi Koreyanın "Aju News" nəşri məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, təqdim edilməsi 2021-ci ilin iyununa planlaşdırılmış "Galaxy Z Fold 3" qatlanan telefon populyar fabletlər seriyasını əvəz edəcək. Yeniliyin ekranı "Note" cihazının əsas özəlliyi olan "S Pen" elektron qələmlə işləməyi dəstəkləyəcək.
"Samsung" şirkətinin hesablamasına görə, elastik ekranlı smartfonun üçüncü nəsli istifadəçilər arasında populyar olacaq.