Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonlar bazarında bərpa prosesi başlayır

Smartfonlar bazarında bərpa prosesi başlayır

Tarix: 27 Noyabr 2020 10:30

“International Data Corporation” (IDC) tədqiqat şirkətinin proqnozuna görə, qlobal smartfonlar bazarında dördüncü rübdə artım qeydə alınacaq və 2021-ci ildə beşinci nəsil (5G) şəbəkələrinin istifadəyə verilməsi nəticəsində müsbət dinamika saxlanılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2020-ci ilin üçüncü rübündə qurğuların tədarük həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azalıb.

 

İyul-sentyabr aylarında qlobal bazara 353,6 milyon smartfon tədarük edilib. Bərpa prosesi əsasən “COVID-19” koronavirusuna görə məhdudiyyətlərin zəifləməsindən sonra dünyada iqtisadiyyatın yenidən başladılması ilə bağlıdır.

 

Mütəxəssislərin proqnozuna görə, 2020-ci ilin oktyabr-dekabr aylarında smartfonların qlobal tədarük həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artacaq. 2021-ci ilin yekununa görə, bu bazarın həcmi 4,4% artacaq, 2024-cü ilədək isə illik artım 1,3% olacaq.

 

Emil Hüseynov




Etiketlər:  Smartfonlar bazarında bərpa prosesi başlayır


RƏYLƏR