Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxan deputat sağaldı

Koronavirusa yoluxan deputat sağaldı

Tarix: 27 Noyabr 2020 12:48

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirusa yoluxan deputat Rəşad Mahmudov sağalıb.

Trend-in məlumatına görə, bu barədə R.Mahmudov özü bildirib.

O deyib: “Alahın izni və eləcədə sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcədə ölkəmizdə COVİD müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür. 1. Kontrol edilməyən qorxu və stres, 2. Oksigen satuasiyası 90 faizin altına düşmədən sadəcə qripal semptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi, 3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiyotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması...

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqdır.

Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm.Mən ağciyər tutulması ilə evdə sadəcə doğru dərman (agızdan antiviral tabletka, vitamin C və parasetamol gəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olundum. Arzum qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”.

Koronavirusa yoluxan deputat sağaldı - Gallery Image


Etiketlər:  Koronavirusa yoluxan deputat sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ