Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 17:06
Yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Qida Təhlükısizliyi üzrə Dövlət Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev deyib.
Onun sözlərinə görə, hazırda qanunvericilikdə belə qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulmur.
R.Nəbiyev qeyd edib ki, "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi artıq razılaşdırılmaq üçün bir necə instansiyadan keçib və bu proses davam edir.
Agentlik rəsmisi əlavə edib ki, bioloji fəallığa malik qida əlavəsinin içlik vərəqəsində onun dərman vasitəsi olmadığı, "xəstəliyin müalicəsi üçün istifadə edilə bilməz", "uşaqların əli çatmayan yerdə saxlanılmalıdır" ifadəsi və s. kimi təlimatlar mütləq şəkildə yazılmalıdır.