Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirilib

Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirilib

Tarix: 9 Iyul 2019 05:12

Bakı. Trend:

Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, vilayətin bəzi kənd sakinləri zəiflik, sancı, ürəkbulanma, qusma, diareya, baş ağrısı və tərləmə şikayəti ilə xəstəxanaya müraciət ediblər.

3 gün müddətində xəstəxanaya müraciət edən 120 nəfər ambulator müalicəyə buraxılıb.

Vilayətin səhiyyə işçiləri tərəfindən aparılan ilkin araşdırmalara görə, suda bağırsaq basili və koliform bakteriyaları aşkar edilmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ