Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Tarix: 28 Noyabr 2020 19:00

Bakı. Trend:

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib.

Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq Nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.


Etiketlər:  Daxili İşlər Nazirliyinin mətbu orqanı Polis qəzeti adı altında nəşr ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ