Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 20:04
Bakı. Trend:
Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçının törətdiyi partlayış nəticəsində ən azı altı nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.
Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hökumət rəsmisi bildirib.
Məlumata əsasən, partlayış restoranlardan birində baş verib. "Somalinin Federal Hökuməti günahsız Somaliləri hədəf alan terrorçuların vəhşi hərəkətini qınayır. Ən azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb" - hökümət rəsmisi verdiyi qısa açıqlamada deyib.
Hücuma görə məsuliyyəti terrorçu "Əl-şəbab" qruplaşması öz üzərinə götürüb.