Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 22:40
Bakı. Trend:
Fransada qlobal təhlükəsizlik qanununa qarşı nümayişlər zamanı 37 hüquq-mühafizə orqanları əməkdaşı xəsarət alıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün "Twitter" səhifəsində yazıb.
Nazir bildirib: "Nümayişlər zamanı 37 polis əməkdaşı və jandarm yaralanıb. Mən bir daha hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zorakılığı qınayıram" - nazir yazıb.