Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

Tarix: 29 Noyabr 2020 21:24

Bakı. Trend:

Azərbaycan şairi Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Xudayar Yusifzadəyə həsr edilmişdir...

Vətəni Xudayarın səsindən tanıyın.

Otağımda işıq yandı. Anladım ki, qələn var, deməli yeni bir müsahibə alınacaq...

Xudayar kresloda oturub öz özunə mahnı oxuyurdu.

“Qarabağın düzü var,

Düzlərində quzu var,

Şuşa mənim öz elim, öz obamdır,

Kimin buna sözü var?!..”

- Kimin sözü ola bilər ki? Salam, Xudayar.

- Salam, salam, necəsiz?

- Pis deyiləm, sən?

- Mən də, sevinirəm, düşməni dağıtdıq! (Gülür)

- Bilirəm, sən Zəngilana kimi getdin...

- Hə, ondan uzağa alınmadı, amma üşağlar var Şuşaya kimi gediblər, danışanlar var.

- Hə, mən də onları demək olar ki, tanıyırdım...

- Mən həmişə özümü hərbiçi kimi görürdüm

- Amma sən 1 saylı uşaq musiqi məktəbində xanəndəlik ixtisasını bitirmisən.

- Bəli, oxumağı sevirəm, özünüz də hiss etdiniz yəqin (gülür). Amma kim deyir ki, mahnı oxuyan hərbiçi ola bilməz? (Gülür).

- Təbii ki, ola bilər, sən ki, varsan! Bizim zövqümüz eynidir.

- Doğurdan? Necə?

- Mən də Estas Tonne dən ötrü ölürəm.

- Gitaraçını demirsiniz? Dəryadır o! Çox bəyənirəm.

- Mən də, əslində o marağlı bir kinoda çəkilib...

- Superdi! Elə insanlardan çox xoşum gəlir. Bilirsiniz, müharibəyə gedəndə babama dedim ki, ay kişi o qaçqınlıq vəsiqəni cır at, lazım olmayacaq.

- Bizim qələbəyə inanırdın?

- Bəs nə! Əminiydim ki, biz qazanacağıq, axı bizim yolumuz haqq yoludur.

- Sözsüz... Xudayar, heyfslənmirsən?

- Yox, nə deyirsiniz! Hər kəs özünü Xudayara oxşada bilər amma heç kim Xudayar ola bilməz (gülür). Mən axırımı bilirdim, hazır idim. Vətən mənim üçün hər şeydən və hər kəsdən üstündür. Başqa bir sevqi...

- Anlayıram dediyini...

- Bir neçə il bundan qabaq ağlıma fikir gəldi ki, görəsən insan bu dunyaya nə üçün gəlir?..

- O suala cavab tapıldı?

- İllər sonra tapıldı, elə bu il tapıldı. İnsan bu dünyaya bir məqsədlə gəlir və mən bu məqsədi yerinə yetirdim...

- Yetirdin, Xudayar... Nə isə demək istəyərdin?

- Əslində mən sizə mahnı oxuyum, olar?

- Sevinərəm...

- Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzar vətən yaxşıdır. Xudayar sorma, vətən niyə yaxşıdır, Adı gəlcək könlüm xəndan görünür...


Etiketlər:  Vətəni Xudayarın səsindən tanıyın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ