Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Muğam Mərkəzi kəlbəcərli Aşıq Allahverdi Qəmkeş haqqında məlumatı təqdim edib

Muğam Mərkəzi kəlbəcərli Aşıq Allahverdi Qəmkeş haqqında məlumatı təqdim edib

Tarix: 30 Noyabr 2020 15:39

Beynəlxalq Muğam Mərkəzi "Aşıq musiqisinin inciləri" layihəsində Kəlbəcərli Aşıq Allahverdi Qəmkeş haqqında məlumatı  təqdim edib.

Milli.Az xəbər verir ki, Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. Oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiya respublikalarından gəlir. O vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir.

1993-cü ilin aprelində Allahverdi Qəmkeş bütün Kəlbəcərlə birgə cənnət yurd-yuvasından didərgin düşür.  2008-ci ildə çox nəfis tərtibatda, aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi Elxan Məmmədlinin ön sözü ilə "Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə" kitab nəşr olunub.   Allahverdi Qəmkeş 2002-ci ildə vəfat etmişdir.

Milli.Az


Etiketlər:  Muğam Mərkəzi kəlbəcərli Aşıq Allahverdi Qəmkeş haqqında məlumatı təqdim edib


RƏYLƏR