Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 17:16
"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus "Bərdə" gəmi-bərəsinin təmiri başa çatıb.
Sonxeber.net bu barədə ASCO-ya istinadən məlumat verir.
Təmir işləri zamanı gəmidə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.
Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin, divan və stullar təmir olunaraq üzlənib.
Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.
Gəminin uzunluğu 154,5 metr, eni 17 metr, maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.