Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 09:50
Pandemiya ilə əlaqədar artıq bir müddətdir ki, təhsil müəssisələrinin, o cümlədən uşaq bağçalarının fəaliyyətinin dayanması uşaq inkişaf və uşaq tədris mərkəzlərinə tələbatı artırıb.
Sonxeber.net bildirir ki, ARB TV -nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.
Rasif Dünyamalıyev - Ekspert: "Bu gün bazarda hər qiymətə inkişaf mərkəzi var. Bunu bazar özü tənzimləyir, çünki ehtiyac var.
Kamran Əsədov - Ekspert: "İşə qəbul hər hansı vakansiya vasitəsilə deyil, daxili qaydada olur. Kimlərsə fərdi qaydada bu prosesi həyata keçirirlər. Bir çox hallarda bəziləri "Youtube"dan və yaxud digər informasiya mənbələrindən həmin sahə üzrə müəyyən informasiya əldə edib bu və digər xidmətləri göstərirlər.
Getdiyimiz özəl uşaq inkişaf mərkəzlərində dolayısı yolla da olsa, deyilənləri təsdiqləyirlər. İşə qəbul zamanı savada deyil, qohum-tanışa üstünlük verilir.
Arzu Cabbarov - Mərkəzin Təsisçisi: "İşçini internet vasitəsi ilə tapırıq. Tanışlıqla gələnlər çoxdur".
Təhsil Nazirliyindən isə bildirildi ki, həmin özəl tədris mərkəzləri biznes subyektləri olduğu üçün onların fəaliyətinə müdaxilə etmək imkanı yoxdur. Belə olan halda, çarə qalır valideynlərə.