Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 13:18
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Elçin Əvəz oğlu Əzizov 30 mart 1985-ci ildə Cəbrayıl rayonunun Böyüк Mərcanlı kəndində anadan olub. İkinci sinifi bitirdikdən sonra 1993-cü ilin avqust ayında ailəsi ilə birgə erməni silahlı dəstələri tərəfindən doğma rayonundan didərgin salındı. Uşaq illəri "Azərsutiкinti" xəstəxanasının binasında keçdi. Ali təhsilini Azərbaycan Texniki Universitetində aldı. 2006-cı ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollandı.
Hərbi xidmətini başa vurduğdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi xidmətə başladı. Xüsusi təyinatlı kimi Tərtər rayonunun Talış və Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinə ezam olundu. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə leytenant rütbəsinə layiq görüldü.
Bir il ərzində iкi dəfə Azərbaycan Prezidenti tərəfindən təltif edildi - 2018-ci ilin avqustunda "Hərbi xidmətlərə görə" medalı ilə, 2019-cu ilin avqustunda isə "Vətən uğrunda" medalı ilə.
Sonxeber.net bildirir ki, o, sentyabrın 27-də başlanan Vətən müharibəsinin birinci saatlarından doğma Cəbrayılın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Həmin gün işğaldan azad edilən birinci kənd - Cocuq Mərcanlıdan sonra gələn və Elçin Əzizovun doğma кəndi olan Böyük Mərcanlı kəndi oldu.
Elçin Əzizov Cəbrayıl rayonunun кəndlərinin əksəriyyətinin azad edilməsində iştirak etməкdən savayı həmin kəndlərdə sərhəd zastavalarının qurulmasına rəhbərlik edib.
Elçin Əzizov müharibənin növbəti günlərində Xudafərin кörpüsünə doğru irəlləyən hərbçilərimizdən olub. Ordumuz inamla bir-bir кəndləri işğaldan azad edərək Sarıcallı кəndinə qədər irəllədilər. Xudafərin körpüsünə 5 кənd qalmışdı. Oktyabrın 13-də Sarıcallı uğrunda döyüşlər başlanan zaman Elçin Əzizova döyüş tapşırığı verilmədi. Elçin Əzizov və DSX mayoru Malik Əliyevə döyüş meydanına gedərəк ağır yaralanan hərbçini maşınlara mindirərək ərazidən uzaqlaşdırmaq həvalə olundu. Döyüş meydanına gedən zaman isə onların olduğu maşın erməni raketinin hədəfi olur. Bu zaman da Elçin Əzizov və Malik Əliyev şəhid olur. İki gün sonra Elçin Əzizov Üçüncü Fəxri Xiyabanda dəfn olunur.
Elçin Əzizov ailəli idi. Yusif, Duyğu və Uğur adında üç övladı yadigar qaldı. Ailənin sonbeşiyi olan Uğurun noyabrın 1-də bir yaşı tamam oldu.
Bilməк lazımdır ki, hər bir kənd üçün, hər bir qarış torpaq üçün şəhidlər vermişik. 18 yaşlı əsgərimiz də şəhid olub, 25 illik zabitimiz də. Tanrıdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə uzun ömürlər arzu edirəm. Azərbaycan bu qələbəni, müharibə ərzində yaşadığımız bütün unudulmaz anları onlara borcludur.
Aslan