Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 05:04
Bakı. Trend:
ABŞ Konqresindəki bir qrup respublikaçı və demokrat pandemiya ilə əlaqədar iqtisadiyyata 908 milyard dollarlıq əlavə dəstək layihəsini təqdim ediblər.
Trend-in məlumatına görə, layihə işsizlik sığortasına 180, kiçik sahibkarlıq sahəsi yardımına isə 288 milyard dollar ayırır. Bununla birgə nəqliyyat, şəhərlər, məktəblər və poçt xidmətinə milyardlarla dollar dəstək veriləcək. COVID-19-a qarşı peyvəndlərin hazırlanması üçün 16 milyard dollar ayrılması planlaşdırılır.
"Bu, koronavirus pandemiyası zamanı yardım mexanizmidir. Siyasi tarazlığın vaxtı deyil ... Layihə ən çətin anlardan keçməyimizə kömək edəcək", - deyən senator Co Mançin Konqresin Milad tətillərinə iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbir paketi təmin etmədən ayrılmasının "bağışlanmaz" olacağını bildirib.