Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)

Tarix: 2 Dekabr 2020 15:24

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin inşasını yekunlaşdırıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Evədək optika” layihəsi çərçivəsində “Baktelecom”un “Azeurotel” telekommunikasiya operatoru tərəfindən qoruqda 15 km uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib.

“İçərişəhər” qoruğunda mövcud 1500-ə yaxın mənzilin sakinləri üçün bir optik xətt üzərindən telefon və multimedia xidmətlərinin göstərilməsinə imkan yaradılıb. “Evədək optika” layihəsi tətbiq edilən digər ərazilərdə olduğu kimi, burada da xidməti dəstəkləyən internet avadanlıqlar istifadəçilərə ödənişsiz təqdim edilib.

Qeyd edək ki, görülən işlər ən müasir internet bağlantısı olan GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Bu texnologiya sabit sürətə zəmanət verir, eyni zamanda bir sıra xidmətləri bir xətdə birləşdirməyə imkan yaradır.

Məlumat üçün bildirək ki, hazırda paytaxt və ətraf ərazilərdə “Baktelecom” tərəfindən köhnə və yeni tikililərlə yanaşı, fərdi evlərdən ibarət yaşayış massivlərində optik şəbəkənin qurulması işləri aparılır.

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image “Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO) - Gallery Image


Etiketlər:  Baktelecom İçərişəhər qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ