Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 17:46
"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev və daha 4 futbolçusunda koronavirus şübhəsi təsbit edilib.
Sonxeber.net bildirir ki, bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Futbolçulardan Mərt Çelik, Mamadu Mbodj, Voyislav Stankoviç və Fəhmin Muradbəyli təcrid edilib. Klub rəsmisinin sözlərinə görə, adıçəkilən hər 6 şəxs yenidən testdən keçəcək. Çünki onların əvvəlki testləri həm neqativ, həm də pozitiv çıxıb.
Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk və kapitan Emin Mahmudovun da koronavirus testi müsbət çıxmışdı. Mahmudov artıq sağalıb.